Ukrayna ABŞ ilə faydalı qazıntılar haqqında saziş imzalamağa hazırdır

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp arasında Ağ evdə baş vermiş mübahisələrə baxmayaraq, Kiyev Vaşinqtonla mineral ehtiyatlar üzrə saziş imzalamağa hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna lideri Böyük Britaniya kralı III Çarlzla görüşdən sonra BBC müxbirinin sualını cavablandırarkən deyib.

"Bizim siyasətimiz keçmişdə gördüklərimizi davam etdirməkdir, biz konstruktivik. Əgər biz faydalı qazıntılar üzrə saziş imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq", - o deyib.

Zelenski əlavə edib ki, “danışıqlar masası üzərində” olan saziş tərəflər hazır olarsa, imzalanacaq.

Share on Facebook