Zelenski və Avropa liderləri Trampla danışdı

Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefonla danışıblar.

Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında İstanbulda aparılan müzakirələr bu telefon danışığının əsas mövzusu olub.

Share on Facebook