Hindistan və Pakistan hərbçiləri arasında yenə toqquşma baş verib.
Sozcu.az xəbər verir k, bu barədə “Röyters” məlumat yayıb.
Hindistan ordusu cümə günü gecə yarısından sonra Kəşmirdə Hindistan və Pakistanın nəzarətində olan əraziləri ayıran 740 km-lik de-fakto sərhədi boyunca Pakistan ordusunun mövqelərindən açılan atəşə qarşılıq verdiklərini açıqlayıb.
Qeyd edək ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.