ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da keçiriləcək.
Sozcu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib.
O bildirib ki, Omanda ikinci raundun növbəti həftənin şənbə günü keçirilməsi barədə razılıq əldə edilib.
Arakçı bildirib ki, tərəflər danışıqlar naminə danışıqlar aparmaq istəmirlər.
Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.