Kolumbiyada zəlzələ

Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb.

Sozcu.az xəbər verir ki, zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” olaraq qiymətləndirilir.

ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.

Share on Facebook