Kursk vilayətində Ukrayna ordusunun əməliyyatı hər mənada uğurlu alındı, çünki itkilərin nisbəti 1-in 10-a Ukraynanın xeyrinə idi.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş bölük komandiri Yevgeni Dikiy deyib.
Onun sözlərinə görə, hərbi nöqteyi-nəzərdən itkilərin nisbəti həmişə Ukrayna üçün çox əlverişli olub:
“Bu səkkiz ayda ruslar Kurskda müvəffəqiyyətlə darmadağın edildilər. Biz əslində orada bu müharibənin miqyasında çox cüzi itkilər verdik. Ruslar isə əksinə, orada bir ildən artıqdır ki, kütləvi hücumlar həyata keçirdikləri Pokrovski istiqamətindəki ciddi itkilərə məruz qaldılar. Hərbi baxımdan balans bizim xeyrimizədir”.
Keçmiş komandir bildirib ki, Sucada Ukrayna hərbçiləri nə yarımmühasirə, nə də tam mühasirə vəziyyətində olublar:
“Əslində rus qoşunları əsas logistik marşrutu kəsərək Ukrayna kontingentinin təchizatını mümkünsüz etdi. O zaman kontingent mütəşəkkil şəkildə çıxmağa başladı”.