Traxtorun qələbəsi - Güney Azərbaycanın sevinci

Traxtorun çempionluğu Güney Azərbaycanın şəhərlərində coşqu ilə qeyd edilib.

Traxtorun çempionluğu rəsmiləşdikdən sonra Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Tehran, Qum, Maku, Sulduz, Tikan Təpə, Astara, Kəlibər, Xalxal, Xiyav, Xoy, Salmas, Qoşaçay, Sayınqala və başqa bir çox şəhərlərdə insanlar küçələrə axlşaraq bayram keçirib, milli şüarlar səsləndiriblər.

Ötən gecə Təbrizdə minlərlə Güney Azərbaycan türkü "Təbriz, Bakı, Ankara, biz hara farslar hara?!” şüarı səsləndiriblər. Təbrizlilər Qərbi Azərbaycandakı kürd terror qruplaşmaları və onların Tehrandakı havadarlarına xəbərdarlıq olaraq, "bu torpağdan pay olman Urum Kürdüstan olmaz" şüarları səsləndiriblər.

Urmuda isə minlərlə Azərbaycanlı "Urmu türkündür, türkün, qalacaq", "Təbriz, Zəncan, Ərdəbil; Bu səs Urmudan gəlir”, “Türk Dilində mədrəsə olmalıdır hər kəsə” şüarları ilə Urmu Dövlət Meydanına axışıblar.

Zəncanın müxtəlif yerlərində, o cümlədən El Dağında minlərlə Zəncanlı Azərbaycan mahnıları və rəqsləri ilə bayram keçiriblər.

Ərdəbildə də Təbrizdə olduğu kimi, qələbə sevinci ilə yanaşı, milli şüarlar səsləndirilib.

Share on Facebook