Sahibə Qafarovanın mandat aldığı seçki məntəqəsi: "Ya kəndin adini dəyişin, ya da..."

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat mandatı əldə edən və hazırda Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsini daşıyan Sahibə Qafarovanın  seçildiyi məntəqələrdən biri olan,   98 saylı Şəmkir Seçki Dairəsinin "Varlı Həyat" kənd Seçki Məntəqəsinin yararsız formada olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. 

"Ya kəndin adini dəyişin, ya da məntəqəni bu ada uygunlaşdıırın" tipli yazılar yazan insanlar,   Şəmkir rayonun Varlı Həyat kəndinin acınacaqlı vəziyyətdə olan hazırkı durumunu bir daha diqqət mərkəzinə gətiriblər. 

Xatırladaq ki, Şəmkir rayon Varlı Həyat kəndi  qaçqın və məcburi köçkünlərdən təşkil olunub. Dəfələrlə mətbuatda  bu kəndin acınacaqlı vəziyyətdə olması ilə bağlı yazılar yazılsa da, çox təəsüf ki, bu vaxta qədər kəndə heç bir diqqət göstərilməyib. 

Adı ilə yaşayış səviyyəsi uyğun gəlməyən Varlı Həyat kəndində ümumiyyətlə təbii qaz yoxdur. İnsanlar qışda  evlərini mal peyini ilə qızdırırlar. Kənd sakinlərinin bildirdiklərinə görə, kəndin problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məktubla müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb. 

Elşən Əlisoy

Sozcu.az

7753a7aa4c6d1faac10060c26936fd33.jpg

Share on Facebook