Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdim. Fiziki qüsurlu və əlillər xəstəxanaya Acil şöbəsindən daxil olur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb "müasir" xəstəxana tikilib, amma xəstəxanaya gəlmiş fiziki qüsurlu və əlillərin daşınması üçün araba tapılmır. Bundan əvvəldə bir neçə dəfə həmin xəstəxanaya onun Acil şöbəsindən daxil olmuşam, Xəstəxanaya məxsus sadəcə 5-6 əlil arabasına rast gəlmişəm. Onlardan da bir neçəsi sıradan çıxıb və istifadə müddəti bitib. Bildiyimiz kimi Şəmkir rayonu əhalisinin sayına görə ikinci ən böyük rayondur və gün ərzində minlərlə vətəndaş müalicə məqsədilə xəstəxanaya üz tutur. Xəstəxanadakı vəziyyətə baxanda vətəndaşlar sağalmaq əvəzinə xəstəlik tapır. Vətəndaşlar əlil arabası tapmadığından məcburi şəkildə öz xəstə yaxınını əlində çətin şəkildə aparmaq məcburiyyətində qalır. Xəstəxananın içərisinin sürüşkən olması vəziyyəti dahada çətinləşdirir. Bununla yanaşı əlil xəstələrin daşınması üçün nəzərdə tutulmuş tibbi xidməti personalda mövcud deyil. Xəstənin yaxını əlində birtəhər və məcburiyyətdən xəstəni sürüyür, Xəstəxananın Acil şöbəsinin növbətçi həkimi daxil hamısı bu mənzərəyə baxaraq gözlərini döyməklə məşğuldurlar. Birsözlə Səhiyyə Nazirliyi, TƏBİB, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Şəmkir rayonu rəhbərliyi bu biabırçı duruma bir əlac qılın. Xəstələr Xəstəxanaya şəfa tapmaq üçün üz tutur, xəstəlik tapmaq üçün yox. 220 minlik əhalisi olan rayona 5 əlil arabası xidmət etməli deyil, utandırıcı mənzərəyə diqqətlə baxın və nəticə çıxarın.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının baş redaktoru