Bərdədə dəhşət: Kotanın altında qalıb öldü

Laçın rayonunun Qorçu kənd sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Məmmədov traktorun kotanı altında qalaraq ölüb.

Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 28-də axşam saatlarında Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə yerləşən fermada baş verib.

Məcburi köçkün kimi qəsəbədə məskunlaşan X.Məmmədov fermada həm çobanlıq edirmiş, həm də traktor işlədirmiş. O, texnikaya baxış keçirmək üçün həyətdə saxlayıb və kotanın altında yağlama işləri aparmağa başlayıb. Bu zaman traktor hərəkət edib və X.Məmmədov kotanın altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib.

Onun üç azyaşlı övladı, iki əlil qardaşı var. Valideynləri isə yaşlıdır. O, ailənin yeganə qazanc gətirən üzvü idi.

Mərhum bu gün Bərdə şəhərində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Share on Facebook