Jurnalist Rövşən İldırımın avtomobilini vuran şəxs hadisə yerindən qaçıb. Avtomobili əzilən Jurnalist Sozcu.az-az saytı vasitəsi ilə Daxili İşlər Nazirliyinə müraciət edib.
Hadisə bu gün - 22 aprel 2024 -cü il saat 17:00 -da Mehdabad qəsəbəsində baş verib. 99 PT 834 nömrəli və arxasında qoşqu olan "Changan” markalı avtomobil Rövşən İldırıma məxsus avtomobili vuraraq hadisə yerindən yayınıb.
Rövşən İldırım DİN-dən hadisəni törədən avtomobilin sahibini tapmağı və ona dəyən zərərərin ödənməsinə köməklik etməyi xahiş edir.