Məsciddə qətl: qatil İtaliyada təslim oldu

Fransanın Qard bölgəsində “Grand–Combe” məscidində əslən Malidən olan müsəlman gənci qətlə yetirən şəxs İtaliyada saxlanılıb.

Sozcu.az xəbər verir ki, 21 yaşlı qatil H. Olivye (şərti ad) Pistoya şəhərində polis bölməsinə təslim olub.

Hadisədən sonra yayılan videoda H. Olivye bu hərəkətinə görə özünü təbrik edib və qurbanının dinini təhqir edib. O, serial qatil olmaq üçün azı daha iki nəfəri öldürmək arzusunu ifadə edib.

Hadisədə müsəlman əleyhinə hərəkət izi olduğu vurğulanır. Dövlət ittihamçısı yerli televiziya kanallarına müsahibəsi zamanı əmin edib ki, şərait, yəni məsciddə namaz qılan şəxsin öldürülməsi, onun dini haqqında təhqiramiz ifadələr səsləndirilməsi faktı nəzərə alınmaqla, müsəlmanlara qarşı hərəkət, islamofob məzmunlu hərəkət nəzəriyyəsinə üstünlük verilir.

Bildirilir ki, qatil gənc müsəlmana 40-50 bıçaq zərbəsi vuraraq öldürüb.

Share on Facebook