Səhər saatlarında saxlanılan İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq.
Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar.
Qeyd edək ki, İmamoğlu ilə yanaşı 100-dən artıq şəxs saxlanılıb.