Xızının prokuroru yol qəzasına düşüb.
Sozcu.az xəbər verir ki, "Toyota” ilə “Niva” markalı avtomobil toqquşub.
"Toyota" markalı avtomobildə olan rayon prokuroru Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb.
Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.