Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
Belə ki, ilkin məlumata görə "Ford" markalı mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə bir nəfər Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza Yardımlı rayonuna daha yaxın ərazidə olduğu üçün yaralıların Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.