ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mübahisə, yəqin ki, təsadüf deyildi, bu, əvvəlcədən planlaşdırıla bilərdi.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xristian Demokratik İttifaq (XDİ) Partiyasının lideri Fridrix Merts bildirib.
“Fikrimcə, bu, Zelenskinin bəyanatlarına kortəbii reaksiya yox, açıq-aşkar düşünülmüş eskalasiya idi”, - o deyib.
Almaniyanın potensial gələcək kansleri deyib ki, o, dialoqun tonundan təəccüblənir və bu, işin xeyrinə kömək etmir. Merts qeyd edib ki, Tramp və Zelenski arasında belə bir mübahisə Amerika hökumətinin hazırkı davranışına uyğun idi.
Xatırladaq ki, fevralın 28-də Zelenski ilə Trampın Vaşinqtonda görüşü zamanı Ukraynaya ayrılan hərbi yardımla bağlı onlar arasında mübahisə yaranıb. Bundan sonra Zelenski Ağ Evi erkən tərk edib. Eyni zamanda, Ukrayna və ABŞ daha əvvəl planlaşdırıldığı kimi nadir faydalı qazıntılar üzrə saziş imzalamayıb.