Mülkiyyət hüququ kimi fundamental bir hüququn mövcud olmadığı ölkədə heç bir hüquqdan danışmaq mümkün deyil. Mülkiyyət toxunulmaz deyilsə, başqa nələrinsə qorunduğunu demək yalandır.
Vətəndaşı razı salmaq əvəzinə onu qorxutmaq, vətəndaşın evini başına uçurmaq dövlətin gücünün deyil, gücsüzlüyünün, vətəndaşı qoruya bilməməsinin ifadəsidir.
Heç kim yalandan vətən-vətən deməsin, vətən, vətəndaşıyla vətəndir. Vətəndaşa verilən dəyərlə vətənin, dövlətin gücü ölçülür. Dövlət şəxsiyyət vəsiqəsi verdiyi hər kəsin hüquqlarını qorumağa, pozulan hüquqlarını bərpa etməyə borcludur.
Səxavət Soltanlı, Müsavat başqanının müavini