Oğuzda ağır qəza - 4 müəllim yaralandı

Bu gün Oğuz rayonu Qarabulaq kəndində yol qəzası baş verib.

Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Söyüdlü kəndinə gedən yolda 1989-cu il təvəllüdlü Leyla Rzayevanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə orta məktəb müəllimi olan sürücü və onun həmkarları - 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü ⁠Nuranə Rüstəmova və 1982-ci il təvəllüdlü ⁠Cəmalə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

Share on Facebook