ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidləri yalandır. Bunu həm Tramp özü, həm də Rusiya lideri Vladimir Putin bilir.
Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton CNN-ə müsahibəsində deyib.
“Tramp Rusiyaya qarşı yeni təhdidləri Zelenski və ukraynalılar haqqında dedikləri fonunda, bir növ, tarazlıq nümayiş etdirməyə çalışmaq üçün səsləndirdi”, - o bildirib.
Yeni sanksiyaların tətbiqinin mümkünlüyündən danışan Bolton vurğulayıb ki, Moskva uzun müddətdir bütün məhdudiyyətlərdən uğurla yan keçir:
“Düşünürəm ki, Putin bu təhlükənin tamamilə mənasız olduğunu çox yaxşı başa düşür”.