Türkiyə-ABŞ-Ukrayna danışıqları başladı

Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək.

Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu anlarda Türkiyə-ABŞ-Ukrayna danışıqları artıq başlayıb.

Ukraynadakı müharibə ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gələn Amerika nümayəndə heyətinin əhvalı “olduqca tutqun”dur.

Bu barədə mayın 16-da dövlət katibi Marko Rubio ilə Türkiyəyə uçan BBC müxbiri Tom Beytman məlumat verib.

Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü İstanbuldakı "Dolmabahçe" sarayında keçirilir.

Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Share on Facebook