Britaniya rus məmurların ölkəyə girişinə qadağa qoyur

Rusiyaya qarşı növbəti sanksiya paketi çərçivəsində Böyük Britaniya bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

Sozcu.az xəbər verir ki, bu barədə "Tayms" məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi bütün regional və federal nazirləri, o cümlədən Rusiyanın iri şirkətlərinin direktorlarını və menecerlərini sanksiya siyahılarına daxil edəcək:

"Məhdudlaşdırıcı tədbirlər federal və dövlət departamentlərinin, eləcə də agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektoru şirkətlərin rəhbərlərinə, Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək".

Share on Facebook