Ukrayna atəşkəsə gedə bilməz - Makron

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbədən sonra Ukrayna atəşkəsə razılaşa bilməz.

Sozcu.az BFMTV telekanalına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun fikrincə, ABŞ prezidenti Donald Trampın “qəzəbi” Rusiyaya yönəlməlidir.

Bundan əvvəl Tramp Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazı olduğunu bildirmişdi.

Rusiya ordusu gecə saatlarında Kiyevə birləşmiş raket hücumu həyata keçirib.

Share on Facebook