Gürcüstanda keçirilən aksiyaya Avropalı diplomatlar da qoşuldu

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir.

Sozcu.az Publika.az-a istinadən  xəbər verir ki, əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər.

Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar.

Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri də etiraz aksiyasına qoşulublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Share on Facebook