"Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir" - Y.N.Harari

İsrailli tarixçi Yuval Noah Harari BBC-yə HƏMAS hücumunun mümkün nəticələri barədə danışıb.

Harari qeyd edib ki, hücumun şiddət səviyyəsi və sonradan İsrailin cavab tədbirləri nəsillərə təsir edəcək nəticələr verə bilər.

Harari, hücumdakı kəşfiyyat uğursuzluğu ilə Netanyahunun siyasəti arasında əlaqə olduğunu müdafiə etdi.

Məşhur yazıçı demişdir:

"Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir. Netanyahu Fələstinlə hər hansı sülh təşəbbüsünü görməməzliyə vuraraq milləti qütbləşdirərək siyasi karyera qurdu. O, sistematik olaraq dövlət qurumlarına hücum etdi. Biz indi bunun fərqindəyik. Bunun bədəlini biz ödəyirik. Bu, dünyanın bütün demokratik ölkələri üçün bir dərsdir. Buradan alınan ibrət ondan ibarətdir ki, güclü populist liderlərə öz siyasi karyeraları üçün millətləri parçalamağa icazə verilməməlidir."

Harari uzun illər ən çox satılan kitablar arasında yer alan “Heyvanlardan Tanrılara, Sapiens: İnsan növlərinin qısa tarixi” kitabının müəllifidir.

Sözcü.az 

Share on Facebook