Turqut Özalın azərbaycanlı iqtisadi müşaviri Çingiz İsrafil vəfat etdi

Azərbaycan türkü,  Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri Çingiz İsrafil vəfat edib. O həmçinin Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovunda iqtisadi məsələlər üzrə müşaviri olub. Çingiz İsrafil Azərbaycan Cümhuriyyəti ordusunun polkovniki İsrafil İsrafilovun qardaşı oğlu, Amerikada ilk Azərbaycan diasporasının qurucusu Hidayət İsrafilin böyük oğludur. Bu gün onun Amerikada yaşayan qardaşı Nəbi İsrafil tərəfindən qardaşının İstanbulda vəfat etdiyi bizə bildirilib. 

Ceyhun Nəbi

f2f3e957cb1ce1557963f333f7d928a3.png

cf1a6d7aa09e8bf6f5b960b7b55cadb2.jpg03d7322eff82a60930e2b53fb8d80c27.jpg

Share on Facebook