Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld arasında görüş keçirilib.
Sozcu.az -ın verdiyi xəbərə görə, görüşdə, Azərbaycanda ictimai-siyasi vəziyyət, insan hüquqları, demokratik inkişafa mane olan amillər, siyasi məhbuslar barədə ətraflı müzakirələr keçirilib. Qarabağ nizamlanması, regional probleblər Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da iştirak edib.