Avropa Birliyi Rusiyanın atəşkəs şərti kimi irəli sürdüyü Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.
Sozcu.az xəbər verir ki, bu sözləri AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Biz yardım proqramı üzərində işləməyə davam edirik”, - Kallas bildirib.
Qeyd edək ki, ötən gün ABŞ və Rusiya liderləri Tramp və Putinin telefon danışığı baş tutub. Müzakirə zamanı Putin 30 günlük atəşkəs təklifini qəbul edib, ancaq şərtlər də irəli sürüb. Atəşkəs şərtlərindən biri də bir ay müddətində Kiyevə silah tədarükünün dayandırılmasıdır.