Ukrayna müharibənin 1180-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 973 730 hərbçi, 10 832 ədəd tank, 22 557 ədəd zirehli döyüş maşını, 27 980 ədəd artilleriya sistemi, 1 387 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 48 900 ədəd avtomobil texnikası, 36 385 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 892 xüsusi avadanlıq itirib.