"Putin mənimlə birbaşa danışıqlardan qorxur..." - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya diktatoru və Ukraynaya qarşı müharibənin təşəbbüskarı Vladimir Putinin onunla birbaşa danışıqlardan qorxduğunu vurğulayıb. 

Sozcu.az xəbər verir ki, "UNİAN"-ın müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna lideri brifinqdə bildirib.

Ukrayna prezidenti xatırladıb ki, martın 11-də Ukrayna ABŞ-ın Səudiyyə Ərəbistanında keçirilən görüşdə tam qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib, çünki Ukrayna müharibəni dayandırmağa çalışır.

Eyni zamanda, Prezidentin qeyd etdiyi kimi, bu təklif danışıqlar platformasında 63 gündür ki, qüvvədə qalır.

"Mən bunu prezident Trampa dəfələrlə vurğulamışam. Hesab edirəm ki, Putin müharibənin bitməsini istəmir, atəşkəs istəmir, heç bir danışıqlar istəmir. Hələ onun mənimlə birbaşa danışıqlardan qorxmasından danışmıram", - Zelenski vurğulayıb.

Zelenski İstanbulda Putinlə görüşməyə hazırdır...

"UNİAN"-ın məlumatına görə, Zelenski Rusiya diktatoru Vladimir Putinlə həm Ankarada, həm də İstanbulda görüşməyə hazırdır. Və Ukrayna belə yüksək səviyyəli görüşün baş tutması üçün hər şeyi edir.

"Əgər Putin həqiqətən də təkcə mediada deyil, real həyatda da görüşməyə hazırdırsa. Və sonra liderlər səviyyəsində atəşkəs barədə razılığa gəlmək üçün hər şeyi edəcəyik. Çünki atəşkəslə bağlı mən onunla razılaşmalıyam. Çünki buna yalnız o qərar verib", - Zelenski bildirib.

Share on Facebook