Brüsseldə İran rejiminə qarşı aksiya keçiirilib

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasının qarşısında “Azadlıq və ədalət marşı” mitinqi keçirilib.

Sozcu.az  xəbər verir ki, mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər.

Bildirilib ki, onlar Fransa, AFR, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” olub.

Qeyd edib ki, mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb ediblər.

Share on Facebook