Putinlə Trampın görüşəcəyi TARİX

Rusiya və ABŞ yüksək vəzifəli rəsmiləri gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.

Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Rəsmilər iki ölkənin prezidentləri arasında görüşə hazırlaşmalı olacaqlar. Mənbələr bildiriblər ki, dövlətlərin liderləri fevralın sonunda görüşə bilərlər.

Nümayəndələr çox güman ki, Rusiya və ABŞ-dan olan milli təhlükəsizlik müşavirlərindən ibarət olacaq. Hökumət rəsmisi agentliyə bildirib ki, Avropa ölkələrinə gələcək danışıqların planları barədə hələlik məlumat verilməyib, lakin Ukrayna rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Agentlik yazır ki, nümayəndə heyətlərinin məqsədi Ramazan ayı başlamazdan əvvəl prezidentlərin sammitinin tarixini müəyyən etməkdir.

Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin Amerika prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı dövlət başçıları şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.

Share on Facebook