Mingəçevirdə 2 yeniyetməni maşın vurdu

Mingəçevirdə avtomobil iki piyadanı vurub.

Sozcu.az xəbər verir ki, "KİA" markalı minik maşını 2008-ci il təvəllüdlü Ə.Nəzirlini və onun həmyaşıdı M. Məmmədlini vurub.

Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Share on Facebook