İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra məktəblərdə və universitetlərdə tədrisə ara verilib.
Sozcu.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin İstanbulda zəlzələ ilə əlaqədar məktəblərin və universitetlərin 2 gün müddətinə bağlandığını açıqlayıb. Həmçinin bildirilib ki, dövlət müəssisələrində işləyən əlil, hamilə, əlil veteran və 10 yaşınadək uşağı olan analar da inzibati məzuniyyətə çıxacaqlar.
Xatırladaq ki, İstanbulda güclü zəlzələ baş verib. Saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyinin 6,92 kilometr olduğu açıqlanıb və şiddətli təkan İstanbulun bütün rayonları ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub. Zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb.