" Sovet KQB'si ilə üz-üzə kəfən geyinərək dayanmış - Ağamalı Sadiq Əfəndi

Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik" 

Ağamalı Sadiq Əfəndi 

Ağamalı Sadiq Əfəndi XX əsrin son 50 illiyində adı ən çox xatırlanmağa və anılmağa layiq olan adamlardandır. Təmiz mənəviyyatı, vicdanı, fədakarlığı, qorxmazlığı və cəsarəti ilə yaddaşımızda heykəlləşmiş Ağamalı Sadiq qələmi ilə yalanları sökdüyü kimi həmçinin bizim azadlığımız naminə əvəzsiz döyüş cəngavəri idi. 

6e7f06edd877735970468900020867ec.jpg

Ona verilən sualların birini belə cavanlandırmışdı:

"Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”.

719bcc3ec331ee6981fa56e8828e0fde.jpg

80-lərin sonu 90-ların əvvəlində ən cəsarətli addımlar Ağamalı Sadiq Əfəndiyə məxsusdur. Şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan uzaq olduğuna görə bəlkə də adı sizlərə elədə çox tanış gəlmir. Amma tanıyanlar bilir ki, ən çətin gündə, birinci cəsarətli addımlar ona məxsus olub. 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayondakı mənzilinin həyətində keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qeyri-rəsmi ( rəsmi onsuzda qərargahı mövcud deyildi) qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərinin də redaksiyasına çevrilmişdi. 

5bd2e78de25a5444e2e852ac029423d5.jpg

AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi. Ağamalı Sadiq fövqəladə vəziyyətlərin insanı idi. Sanki Tanrı onu bunun üçün yaradıbmış. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycan mətbuatının bütün ağır yükü onun çiyinləri üzərində hərəkət etməyə başladı.

 Həmin günlərdə Ağamalı Sadiq Əfəndi "Fövqəladə Vəziyyət" qəzetini nəşr etdirir. Həmin qəzet tək milli mətbu nəşr idi. İnsanlar baş verənləri, olanları, AXC qərarlarını oradan oxuyurdular. 

f88b2af48dfc2fdbb3e682b359f2b29c.jpg

Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımı materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi. 

7fa2af5c87a86427e3ac5e4a349a0781.jpg

Oğlu Nofəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu.

Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi”

Ceyhun Nəbi 

Share on Facebook