İsmayıl bəy Qaspıralının vəfatından 109 il ötür

1914-cü ilin bu günündə fikir və düşüncələrimizə işıq gətirmiş İsmayıl bəy Qaspralı əbədiyyətə qovuşmuşdur. Yaşamının son 30 ilində çoxlu sayda düşüncə, əməl və məfkurə adamları onun yandırdığı ocağın başına toplaşdı və o adamlar hər biri o ocaqdan bir köz götürdü, öz yurduna, məmləkətinə apardı. Bu gün bizlər üçün bir işıq mənbəyi, yanan ocaq varsa bu Qaspıralı mirasıdır. Vəfat etdiyi zaman Sadri Maqsudi Arsal onun haqqında yazırdı: 

" İsmayıl bəyin vəfatı ilə hiss etdiyim ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq istəyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. Qaspıralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir nöqtədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə onun işləridir».

Böyük aydınlatıcını hörmət, sayğı və sevgi ilə anırıq !

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Share on Facebook