Qaqa, Turan qurulur” deyənlər hakimiyyətlə eyni cəbhədə yer aldıqlarının fərqində oldularmı?
Rusiyanın Qarabağı işğal etməsini anlamaq üçün daha nə olmalıdır ki?
Qarabağda baş verənlərin Putinlə Ərdoğanın birgə razılaşması olduğuna şübhə etməməyə əsas varmı?
Qarabağ rus-erməni quldurlarının işğalı altında ola ola – ola, Ərdoğanın: “Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib” sözlərini işlətməsi nə anlama gəlir. Azərbaycanın ərazi bütövlüyünə Qarabağ aid deyilmi?
“Arazı ayırdılar”, “Ay Laçın, a Laçın” deyib, insanların mənəvi hisslərini istismar edib, yarımçıq və razılaşdırılmış qələbəni “ərazi bütövlüyünün təmin olunması” kimi sırımaq nəyə görə lazım idi?
İlham Əliyevin : “Ərazi bütövlüyümüzü bərpa etmişik” sözləri, torpaqların əsas hissəsinin işğalda olduğu bir vaxtda lazım idim?
Ümumiyyətlə, 44 günlük savaşdan sonra, Kəlbəcərə və Şuşaya Qarabağdan kənardan – alternativ yolların çəkilməsi nəyə xidmət edir?
Dəyərli dostlar!
Rusiya Qarabağı işğal edib. Ukraynadan salamat çıxsa, Abxaziya kimi Qarabağı da öz ərazisinə qatacaq. Qarabağda yenidən “müqəddəratını təyin etmək hüququ” sayıqlaması gündəmə gəlib. Təbii ki, bunları edən Rusiyadır.
Bir şeyi də hər kəs dərk etsin: Azərbaycanda inqilab baş versə, İlham Əliyevin və onun komandasının gedəcəyi yeganə ölkə Rusiyadır. Bu hakimiyyəti xalqdan qoruyan yeganə qüvvə də Rusiyadır.
Bütün baş verənlər razılaşdırılmış və hesablanmış siyasətdir.
Bir şeyi də deyim özləri də oxusunlar: Rusiyanın Qarabağa gəlişindən sonra , bunun xəyanət olduğunu deyib haray çəkənlərin üstünə gedənlər hakimiyyətlə eyni düşərgədə olan adamlardır.
Azərbaycanın işğalını Turan və Bütöv Azərbaycan kimi milli ideologiyalarla mallayan adamların bir hissəsi bir başa, bir hissəsi də dolayısı ilə Putinə xidmət etdilər.
Haqqı deyən insanların üstünə “Turan”la gələn adamlar, ictimai düşüncə ilə savaş açdılr, İnsanların həqiqəti dərk etməsinə imkan vermədilər.
Ən azından gələcəkdə ciddi işlərin olacağı bir zamanda bunları da unutmayaq. Düşüncə və fikir agentləri ifşa olunmasa ictimai rəy heç bir vaxt həqiqətə köklənə bilməyəcək.
Qarabala bağlı təhlükə heçvaxt bu qədər qorxulu olmayıb.
Elşən Əlisoy