90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Ruslan Nəcəfovun vəkili Samir Cəfərov həbs edilib.
Samir Cəfərovun yaxınlarının Sozcu.az saytına verdikləri məlumata görə, Samir Cəfərovun saxlanılmasına səbəb onun seçkilərdə aktiv iştirak etməsidir.
Əldə etdiyimiz digər məlumata görə, Ağsu rayonunda olan bir neçə idarə müdirinin şikayəti əsasında Ağsu rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan Samir Cəfərov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıya aparılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələki rəsmi məlumat yaymayıb.