Bu gün ABŞ Prezidenti Donald Trampla danışacam.
Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya müharibəni bitirməyə hazır olduğunu hələ sübut etməyib:
“Biz heç vaxt Rusiyanın işğal olunmuş ərazilər üzərində suverenliyini tanımayacağıq, bu, bizim üçün qırmızı xəttdir. Bu müharibədə mütləq qalib gələcəyik”.