HAMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşdı

HAMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşıb.

Bu barədə qrupa yaxın Fələstin rəsmisi Reuters-ə bildirib.

Qeyd edilib ki, on girovun azad edilməsini və 70 günlük atəşkəsin nəzərdə tutulduğu yeni təklif HAMAS tərəfindən qəbul edilib.

“Təklif 70 günlük atəşkəs və Qəzza zolağından qismən geri çəkilmək müqabilində HAMAS-ın iki qrupda saxladığı on sağ israilli girovun azad edilməsini ehtiva edir”, - mənbə bildirib.  APA

Share on Facebook