ABŞ prezidenti Donald Tramp deyib ki, Ağ Evin Oval kabinetindəki qırmızı düymə nüvə silahı buraxmaq üçün deyil, “dietin Cola” sifariş etmək üçündür.
Sozcu.az-ın məlumatına görə, Tramp bu barədə “Foks Nyus”a müsahibəsində bildirib.
“Hamı bunun nüvə düyməsi olduğunu düşünür. Deyirlər ki, mən onu bassam, dünyanın sonu gələcək”, - Tramp bildirib.
Qeyd edək ki, Trampın Oval kabinetdəki iş masası belə bir cihazla hələ onun ilk prezidentliyi dövründə təchiz edilmişdi.
Lakin 2021-ci ildə hakimiyyətə gələn və 2025-ci ilə qədər dövlət başçısı vəzifəsini icra edən Co Baydenin əmri ilə prezidentin iş masasındakı otağa bir stəkan qazlı içki gətirməyə xidmət edən qırmızı düyməni oradan çıxarmışdılar.
Amerikanın Respublikaçılar Partiyasını təmsil edən president Donal Tramp bu il yanvarın 20-də ikinci dəfə ABŞ administrasiyasının rəhbəri vəzifəsinə başlayıb. O, 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. Tramp seçkilərdə Co Baydenin rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının vitse-prezidenti olmuş Demokratlar Partiyasının namizədi Kamala Harrisi üstələyib.
Tramp ilk dəfə 2017-2021-ci illərdə Amerika prezidenti olub. O, ABŞ tarixində fasilədən sonra yenidən ən yüksək posta seçilən ikinci şəxs olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə 22-ci və 1893-1897-ci illərdə 24-cü prezident) nail ola bilmişdi.
Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti oldu.
"Oval kabinet" Ağ Evdə ən rəmzi məkan hesab olunur, prezidentliyin əzəmətini və gücünü nümayiş etdirir, bura ABŞ prezidentlərinin iş otağıdır.
"Oval kabinet"in binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var.
"Oval kabinet"in ilk versiyası 1909-cu ildə Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanıb.
1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulub. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilib.
Donald Trampın Ağ Evdəki "Oval kabinet"ə qayıtması ilə birlikdə gümüş qartal fiqurları və kaminin yanındakı masada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin büstü də qoyulub.modern)