"Müdafiə Nazirliyi yayılan video ilə bağlı açıqlama yaymalıdır" - Mustafa Hacıbəyli

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoda sərhəd ərazisində azərbaycanlı hərbçilərin pikap maşını ilə orada "mühəndis işləri" aparan ermənilərin üstünə getdiyi, orada əlbəyaxa dava düşdüyü, sonradan atışma başladığı iddia olunur. Hərçənd, dünən hər iki tərəfin verdiyi itkilərin məhz həmin videoda əks olunan qarşıdurma ilə bağlı olduğu şübhə doğurur. Çünki videoda kiminsə yaralandığı, yaxud öldüyü əks olunmayıb, görüntü kəsilib. Əgər Ermənistanın iddia etdiyi kimi atışmanı Azərbaycan hərbçiləri başlayıbsa, nə üçün videonun o hissəsini paylaşmayıblar?"

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan - Ermənistan sərhədində baş verən atışmaya münasibət bildirən Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli deyib. 

"İkincisi, videoda görünür ki, hadisə həm sağda, həm solda Azərbaycan bayrağının dalğalandığı ərazidə baş verir. Yəni Ermənistan hərbçiləri Azərbaycan ordusunun tam nəzarəti altında olan əraziyə girərək burada "mühəndis işlərinə" başlayıblar. Təxribat elə budur. Onları bu təxribata kim cəsarətləndirib? İran? Rusiya? 

Azərbaycanı təxribatı törədən tərəf kimi göstərirlər. Əgər Müdafiə Nazirliyimizi bu məsələ narahat edirsə, həmin video ilə bağlı açıqlama yayılmalıdır".

Share on Facebook