Bu şirkətlər işçiər axtarır - MAAŞ 500-600-700-800-900-1000-1200-1500-1700-2000 MANAT - 25 VAKANSİYA

VAKANSİYA 1

TP Logistics

Operation manager

Son tarix 25 may 2025 - 

Namizədə aid tələblər:

Ali təhsil,

Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,

Təcrübə: Sahə üzrə ən az 2 il,

Komanda ilə işləmək və ünsiyyət bacarığı,

Punktual,

Analitik düşüncə,

Təqdimat bacarığı,

Azerbaycan dili,rus dili, ingilis dili yaxsi səviyyədə,

Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).

Vəzifəsi:

Daxil olan zənglərin qəbulu və emalı;

Nəqliyyatın planlaşdırılması və sifarişi

Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq.

İş qrafiki;

Həftə içi 5 gün saat 10:00-19:00, şənbə ve bazar qeyri-ish gunleri;

Əməkhaqqı: Baslangic ucun 600 azn

Ünvan: Bakı şəheri Cefer Cabbarli kuc;44 Caspian Plaza.

Tələblərə uyğun şəxslər CV formalarını Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Operation manager ” yazaraq göndərə bilərlər.

VAKANSİYA 2

Autolux Azerbaijan

Daxili Audit şöbəsinin auditoru

 Son tarix 25 may 2025 - [email protected]

İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

Ali təhsil;

Maliyyə hesabatları üzrə biliklər;

ACCA, CİA, PMS və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;

Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook,1С)

Səlis Azərbaycan dili və dil biliyi, rus və ingilis dili biliyi üstünlükdür;

Datanın emal edilməsi və struklaşdırılması bacarığı;

Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;

Şifahi və yazılı ünsiyyət bacarığı;

Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;

Obyektiv düşünmək bacarığı.

İşin təsviri: 

İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;

Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;

Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;

Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;

Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;

Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;

Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

VAKANSİYA 3

Avant Group

İnzibati işlər üzrə mütəxəssis

 Son tarix 25 may 2025 - [email protected]

Vəzifə funksiyaları:

Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;

Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək

Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;

Şirkətin fəaliyyət dairəsinə aid olan məsələləri  struktur bölmələri ilə müzakirə etməsi, onların həll edilməsi üçün müvafiq işlərin yerinə yetirilməsi.

Şirkətə lazım olan ləvazimatlarla,avadanlıqlarla,mal və materiallarla təmin olunması üçün inzibati dəstək göstərilməsi.

Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək.

İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək.

Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq.

Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq.

Vəzifəyə olan tələblər: 

Təhsil: Ali təhsil

İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq

Kompüter bilikləri: Microsoft Office proqramları

Dil bilikləri: Azərbaycan dili və Rus dili-yaxşı ( İngilis dili arzuolunan) 

Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

Təşkilatçılıq və planlama, Məsuliyyətlilik və dəqiqlik;

Operativ qərarvermə və problem həll etmə bacarıqları

İş Şəraiti:

İş qrafiki: 5/2, 09:00-18:00

Nahar şirkət tərəfindən təmin olunur

İş yeri-Çıraq Plaza

Əmək Haqqı: 800 -1000 AZN net

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 4

Azerbaijan SuperMarket

SƏTƏM üzrə kiçik mütəxəssis

 Son tarix 25 may 2025 - [email protected]

Vəzifə öhdəlikləri 

Müəyyən edilmiş yoxlama siyahısına uyğun olaraq Mərkəzi Anbar ərazisində müşahidələr və yoxlamalar aparmaq

Anbar ərazisində aşkar edilmiş uyğunsuzluqları/nöqsanları sənədləşdirmək

Uyğunsuzluq/nöqsan hesabatının şirkət daxilində məsul şöbələr və işçilərlə paylaşmaq;

Təhlükəsizlik qaydaları haqqında Anbar ərazisindəki rəhbər heyəti və işçiləri məlumatlandırmaq;

Yanğın zamanı evakuasiya üzrə təlimlərdə iştirak etmək

Sahələr üzrə təlimlər keçmək;

İş yerlərində müşahidələr aparmaqla təlimin effektivliyini yoxlamaq; 

Anbar ərazisində fərdi mühafizə vasitələrinin gündəlik yoxlanılması;

Qəza və hadisələr haqqında qeydlər aparmaq və dərhal məlumat vermək;

Avadanlıq və mexanizmlərin təhlükəsiz istismarına və quraşdırılmasına nəzarət etmək;

İş yerlərində təhlükələrin müəyyənləşdirilməsinə və risklərin qiymətləndirilməsinə cəlb etmək;

SƏTƏM üzrə Menecerə müşahidələr və yoxlamalar haqqında aylıq hesabatları təqdim etmək;

Anbar ərazisində yanğın təhlükəsizliyi və ilkin yanğınsöndürmə tədbirləri ilə bağlı yoxlamalar aparmaq;

Şirkətin risk qiymətləndirmələrinə və təhlükəsizlik əməliyyat prosedurlarına riayət olunmasına nəzarət etmək;

SƏTƏM ilə bağlı yarana biləcək bütün tapşırıqların vaxtında yerinə yetirilməsi üçün çalışmaq;

Zəruri hallarda gündəlik olaraq işdən əvvəl SƏTƏM təlimlərində iştirak etmək;

Zəruri hallarda əməkdaşların SƏTƏM biliklərinin qiymətləndirilməsində iştirak etmək;

Avadanlığın planlaşdırılmış yoxlanılması və onun istifadəsi ilə bağlı yerində təlimat vermək.

Tələblər 

Ən az 1 il müvafiq vəzifədə təcrübə;

Peşəkar ünsiyyət və yazışma bacarıqları;

Verilən tapşırıqları qısa müddətdə yerinə yetirmək bacarığı;

Komanda oyunçusu;

İngilis dilində başlanğıc səviyyədə biliklərə sahib olmaq;

Yüksək təqdimat bacarığı;

Tənqidi düşüncə və təhlil bacarıqları;

Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları;

Problemlərin həllində yaradıcı yanaşma bacarığı;

Sərbəst Microsoft Office istifadəçisi olmaq;

Çeviklik və tez öyrənmək qabiliyyəti;

Gərgin iş şəraitində işləmə bacarığl;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Junior HSE Specialist

Job responsibilities

Will conduct observations and inspections in the Warehouse areas according to the established checklist;

Document non-conformities (NCR) found in Warehouse areas;

Sharing NCR report with responsible departments and employees within the company;

Inform the management team and employees in the Warehouse areas about safety rules;

Participate in periodic fire evacuation drills;

Will conduct trainings in the areas;

Will check the effectiveness of the training by conducting observations in the work areas;

Daily inspection of personal protective equipment in work areas;

Make notes about accidents and incidents and provide immediate information;

Monitoring the safe operation and installation of equipment and machinery;

Involvement in identification of hazards and risk assessment in workplaces;

Providing a monthly report on observations and inspections to the HSE Manager;

To conduct inspections in Warehouse area regarding fire safety and preliminary fire fighting measures;

Controlling compliance with the company's risk assessments and safety operating procedures;

Will work for the timely implementation of all tasks that may arise related to HSE;

Participate in daily pre-work HSE instruction if necessary;

Participate in HSE knowledge assessment if necessary;

He will provide on-site instructions on the periodic inspection of the equipment and its use.

Requirements

At least 1 year of experience in relevant position;

Professional communication and correspondence skills;

Ability to perform assigned tasks in timely manner;

Team player;

Basic knowledge of English language;

Strong presentation skills;

Critical thinking and analysis skills;

Ability to manage several priority issues at the same time;

Ability to take a creative approach to problem solving;

Proficient Microsoft Office user;

Flexibility and ability to learn quickly;

Ability to work in stressful working conditions

Interested candidates can send their CV to the e-mail address in the Apply for job button

VAKANSİYA 5

Azəriş LTD

Sürücü köməkçisi

 Son tarix 25 may 2025 - [email protected]

Vəzifə öhdəlikləri

Anbardan seçilərək ayrılmış məhsulların maşınlara qatışmayacaq formada salamat yüklənməsi

Maşınlara yüklənən malların gündəlik qeyd olunan rut üzrə ünvanlara salamat formada çatdırılması 

Qeyd olunan malların qatışdırmadan ünvanlara təhvil verilməsi

Maşındakı malların ünvana çatdıqda maşından boşaldaraq sifariçiyə vəya onun  məsul şəxsinə say və salamatlıqının 

təhvil verməsi,

Gündəlik olaraq təyin edilmiş rut üzrə satış mərkəzlərini ziyarət edərəkən müştərilərdəki borcları ona verilmiş qəbz əsasında təslim alaraq zamanında şirkət kassasına təhvil vermək

Geri qaytarılması üçün satış təmsilçisi tərəfindən öncədən çeşidlənərək ayrılmış məhsulların sayının və 

salamatlıqının təhvil alınması,

Geri qaytarılma olmalı məhsulların salamat şəkildə maşına yüklənərək anbara təhvil vermək

Şirkətdaxili qayda, prosedur və təlimatlara riayət etmək

Ərazisində şirkətin nüfuzuna mənfi təsir edə biləcək bütün məlumatları vaxtı-vaxtında rəhbərliyə bildirmək

Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Tələblər

20-35 yaşlı bəy namizədlər

Orta təhsilli

ən azı 1 il iş stajı olmalıdır.

İş şəraiti

İş qrafiki: 6 günlük

Əmək haqqı - 600 azn.

Ünvan: Dərnəgül şossesi.

Uyğun namizədlər Müraciət et butonunda qeyd olunan elektron poçt adresinə Sürücü köməkçisi başlığı ilə CV-ləri göndərsinlər və ya 055-209-66-89 nömrəsi ilə əlaqə saxlasınlar.

VAKANSİYA 6

North West Construction

Sahə həkimi (regionlar üzrə)

 Son tarix 25 may 2025 - [email protected]

İşin təsviri:

Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq

Şirkətin təlimatlarını dəqiq yerinə yetirmək

Müraciət etmiş işçilərə həkim məsləhətləri vermək

İşçilərin fiziki iş qabiliyyətini təmin edilməsinə yardım etmək

Düşərgə və sahəni ilkin tibbi yardım ləvazimatları ilə təchiz olunmasını təmiz etmək

Şirkətin işçilərinə yaranmış qəza vəziyyəti zamanı ilk tibbi yardım göstərmək

Yaralanmış işçilərə sarğıların qoyulması vədəyişdirilməsi

Müntəzəm olaraq işçilərin sağlamlığını müəyyən etmək

SƏTƏM Meneceri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

Tibbi təhsil

Tibb sahəsində iş təcrübəsi

Namizədlərdən CV-ni "Sahə həkimi" mövzusu ilə Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərməyi xahiş olunur.

VAKANSİYA 7

Azprotein Foods Group

İT mütəxəssis

 Son tarix 25 may 2025 - [email protected]

Namizədə Tələblər:

Microsoft Windows Server OS ilə bağlı biliklər;

Microsoft Exchange Server idarəetmə təcrübəsi;

Linux OS server ilə bağlı bilik və təcrübə;

VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında bilik və təcrübə;

Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi üzrə biliklər;

PowerShell-də skript yazma təcrübəsi;

Veb serverlərləri ilə (IIS, Apache, NginX) üzrə biliklər;

SAN sistemləri ilə iş təcrübəsi;

SSL\TLS üzrə biliklər;

Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;

Virtual şəbəkələrin qurulması prinsipləri məlumatlılığı;

Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat;

Monitorinq sistemləri ilə işləmək bacarığı;

İnformasiya təhlükəsizliyinin prinsipləri və əsasları bilməsi;

Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Vəzifə öhdəlikləri:

Şirkətin bütün İT sisteminin tərtib və təşkil edilməsi, dəyişdirilməsi, eləcə də dəstəklənməsi,

Yeni məhsul və xidmətlərin texniki planlaşdırılması və həyata

keçirilməsi işlərində iştirak,

Yeni serverlər quraşdırmaq, mövcud serverləri bərpa etmək, avadanlıqları, periferik cihazları, xidmətləri, parametrləri, təlimatları, yaddaşı və s. standartlara və layihə/əməli tələblərə uyğun quraşdırmaq,

Bütün avadanlıqların, server resurslarının, sistemlərin və əsas proseslərin düzgün işləməsini, mövcudluğunu yoxlayaraq, sistem və tətbiqetmə məlumatlarına və məlumatların qorunması kimi gündəlik işlərin həyata keçirilməsinə nəzarət edərək gündəlik sistem monitorinqini həyata keçirmək,

Sorğu əsasında əməliyyat sistemində və şirkətin elektron poçtunda istifadəçi

hesabı yaratmaq, dəyişmək və silmək,

Yerli və qlobal şəbəkələr, şəbəkə seqmentləri, internet, intranet, PBX sistemlərini dəstəkləmək,

Fərdi kompyuterlərdə drayver, personal kompyuterlərin parametrləri və printerlərin quraşdırılması kimi şəbəkə komponentlərini qorumaq,

Fayl serverlər, VPN gateways, kənar müdaxilənin təyin edilməsi sistemləri kimi şəbəkə serverlərini qorumaq,

Serverləri, stolüstü kompyuterləri, printerləri, ruter, sviç, firewalls, telefon, şəxsi rəqəmsal assistentləri, smartfonları, proqramların çalışmasını, təhlükəsizlik yeniləmələri və pəçləri idarə etmək,

Sistemi idarəetmə məsələlərində yeni və mümkün olduqca avtomatlaşdırılmış yanaşmalar tədqiq etmək və bu sahədə tövsiyələr vermək,

Məlumatların ehtiyat surətlərinin yaradılması, arxivləşdirilməsi və mütəmadi nəzarətdə saxlanılması,

Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.)

Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatının alınması, araşdırılması və aradan qaldırılması,

Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi,

Müvafiq hesabatların hazırlanması və texniki sənədləşmənin aparılması

İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqlarının yoxlanılması,

USB və şəbəkə printerləri və skanerlərdəki problemlərin yoxlanılması və nasazlığın aradan qaldırılması,

İdentifikator və şifrə siyasətini təyin etmək,

İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün İnformasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak,

Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı üçün təkliflər hazırlamaq,

Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların görünməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək,

Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək,

NVR kamera quraşdırılması,

Access control.

İş şəraiti

Əmək haqqı: 1200 manat (təcrübəyə əsasən daha yüksək təklif edilə bilər).

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 8

Aral Group Baku

Baş Elektrik Mühəndisi

 Son tarix 25 may 2025 - [email protected]

İş yeri: Bakı, Azərbaycan

Vəzifə öhdəlikləri:

Tələbə uyğun həcmi qismən az olan obyektlər üçün layihələrin çəkilməsi;

Layihələrin və təsnifat cədvəllərinin yoxlanılması ;

Texniki şərtnamələrin hazırlanmasında iştirak etmək ;

Əlaqəli hesabatların hazırlanması;

Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək;

Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək;

Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;

Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq;

Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək;

Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək.

Tələblər:

Elektrik mühəndisliyi üzrə ali təhsil;

Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;

Elektrik normativləri və qaydaları haqqında dərin biliklər;

AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;

İdarəetmə proqramları üzrə biliklər ( ERP üzrə biliklərinin olması üstünlükdür);

Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı.

İş şəraiti:

Əmək haqqı: Razılaşma əsasında

İş qrafiki: 6 günlük iş həftəsi

Rahat və peşəkar iş mühiti

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Baş Elektrik Mühəndisi" yazılması xahiş olunur.

VAKANSİYA 9

GFC MMC

Bişirici

 Son tarix 25 may 2025 - [email protected]

İşə götürən: “GFC” MMC, Simit Sarayı 

Əgər sən də böyük ailəmizə qoşulmaq və karyeranı qurmaq istəyirsənsə, səni gözləyirik!  

Namizədə aid tələblər:

18-45 yaş arasında;

İntizamlı,məsuliyyətli, punktual ,səliqəli və operativ olması;

Öyrənmə bacarığı yaxşı olan; 

İş yerində səliqə və təmizliyə riayət olunması;

Karyera qurmaq istəyi.

Əsas vəzifə və öhdəliklər:

Məhsulların gecə növbəsində bişirilməsi;

Məhsul hazırlama standartlarına riayət olunması;

Hazır məhsulların vitrinə düzülüb yerləşdirilməsi;

Məhsulların keyfiyyətinə nəzarət; 

İş stansiyasının təmizliyinə nəzarət;

Xarici görünüş standartlarına əməl edilməsi.

İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Növbəli iş rejimi,həftədə 6 iş günü,gecə növbəsi ;

Əmək haqqı- 500 azn;

Mehriban iş kollektivi;

Təlim keçmə və karyera artımı imkanları.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Bişirici Simit Sarayı” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 10

Synergy Partnership

Event Manager

 Son tarix 25 may 2025 - [email protected]

İş yeri: Bakı

İş rejimi: Tam ştat (Full-time)

Vəzifə öhdəlikləri:

Tədbirlərin planlaşdırılması, təşkili və həyata keçirilməsi

Təchizatçılar, partnyorlar və komanda üzvləri ilə koordinasiya

Tədbir büdcəsinin hazırlanması və icrasına nəzarət

Müştəri ilə daimi əlaqə və tələblərin idarə olunması

Tədbir sonrası hesabatların və qiymətləndirmələrin hazırlanması

Tələblər:

Tədbir təşkilatçılığı sahəsində minimum 1 il iş təcrübəsi

Yaxşı təşkilatçılıq və ünsiyyət bacarığı

Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı

Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür

MS Office və ya digər idarəetmə proqramlarında işləmə bacarığı

Təklif edirik:

Dinamik və kreativ mühit

Peşəkar komanda ilə işləmək imkanı

İnkişafı və təlimlər

Rəqabətli əmək haqqı

Müraciət üçün CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

VAKANSİYA 11

A Plus Supermarketlər şəbəkəsi

Help Desk mütəxəssisi

 Son tarix 25 may 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

Sistem səhvləri və avadanlıqlarının diaqnozunu aparmaq və nasazılıqların aradan qaldırılması;

Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq aradan qaldırılmasının təmin olunması;

Yeni kompüterlərin quraşdırılması və korporativ domenə qoşulması;

Əsas və filial ofislərinə yerində və uzaqdan İT dəstəyin göstərilməsi;

Ofis xarici və daxili beynəlxalq rabitə çıxışının, internet çıxışının təmin edilməsi və nəzarətin olunması;

Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin aparılması;

LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin edilməsi.

Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;

İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;

Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;

Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;

PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;

Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması;

NVR DVR və kameralarda yaranmış problemlərin həll edilməsi;

Fiscal box-larda yaranmış problemlərin aradan qaldırılması.

Marketlərə ziyarət edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması.

Namizədə Tələblər:

Ali təhsil;

Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;

CCNA , Microsoft OS sertifikatları arzu olunandır;

Windovs əməliyyat sistemləri üzrə biliklər ;

Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri və elektron sistemlər üzrə biliklər;

Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;

Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;

Rus və ingilis dili arzu olunandır.

Şəxsi avtomobilin olması üstünlükdür.

İş şəraiti:

İş qrafiki: Həftə içi 5 gün;

İş saatı: 09:00-18:00;

Nahar şirkət tərəfindən təmin edilir;

Əmək haqqı: 800-900 AZN;

Avtomobilin yanacaq xərcləri qarşılanır;

Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Help Desk mütəxəssisi" yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 12

Embawood

İT infrastruktur inzibatçılığı və informasiya təhlükəsizliyi üzrə mütəxəssis

 Son tarix 25 may 2025 - Müraciət et

Təsvir

Server və Virtualizasiya

VMware ESXi 6.x və 7.x platformalarında gündəlik idarəetmə üzrə təcrübə (8.x bilikləri üstünlükdür)

vCenter idarəçiliyi: VM migration, snapshot-lar, template-lər, HA və vMotion anlayışları ilə işləmə təcrübəsi

Windows Server 2012–2022 versiyaları üzrə idarəçilik: AD, DNS, DHCP, Group Policy

Linux sistemlərində (Red Hat, Ubuntu) əsas servis idarəçiliyi: systemd, şəbəkə ayarları, fail2ban, rsyslog və s.

Hyper-V ilə tanışlıq üstünlükdür, lakin vacib deyil

Storage Sistemləri

HPE MSA, 3PAR, və ya IBM storage sistemlərindən biri ilə iş təcrübəsi

iSCSI, FC protokolları, LUN mapping və zoning anlayışları

Storage multipath və failover ssenarilərinə dair baza biliklər

Şəbəkə və Təhlükəsizlik

VLAN və VPN (xüsusilə Site-to-Site VPN) konfiqurasiyası üzrə təməl biliklər

FortiGate NGFW ilə işləmə təcrübəsi üstünlükdür

Monitorinq və təhlükəsizlik sistemləri üzrə ümumi tanışlıq (Zabbix, Kaspersky, Mail Gateway Security və s.)

Telefoniya və Proksi

3CX və ya Cisco Call Manager haqqında ümumi anlayış

Proxy serverlərlə təcrübə (Squid, NGINX və ya digər enterprise həllər)

Backup və Disaster Recovery

Virtual mühitlərdə Veeam Backup & Replication ilə işləmə bacarığı

Snapshot-larla işləmə, sadə failover və backup ssenarilərinin hazırlanması

NAS və digər storage-lərə backup strategiyaları üzrə təməl biliklər

Exchange Server

Exchange 2019 DAG strukturunda backup və mail flow idarəçiliyinə dair praktiki təcrübə olan namizədlərə üstünlük veriləcək

Tələblər

Ali təhsil və yaxud IT sahəsində sertifikatların olması arzuolunandır.

Sahə üzrə beynəlxalq sertifikatın olması arzuolunandır.

Məsuliyyətli, operativ və analitik düşünmə bacarığı.

Problem həll etmə və komandada işləmə bacarığı.

Yeni texnologiyaları öyrənmək və inkişaf etmək həvəsi.

Vakansiya haqqında

Vakansiya növü Tam ştat

5 günlük / 09:00 – 18:00

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.

VAKANSİYA 13

Prior Leasing

Satış nümayəndəsi (Balakən filialı)

 Son tarix 25 may 2025 - [email protected]

Namizədə olan tələblər:

Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması(mütləqdir)

Orta təhsil (Ali təhsil üstünlükdür)

Satış sahəsində iş təcrübəsi 

Microsoft Office proqramlarında işləmək bacarığı.

Qeyd: Balakən, Zaqatala, Qax rayonlarında yaşayan namizədlər dəyərləndiriləcəkdir.

İş şəraiti

Əməkhaqqı - 400 AZN+bonus

Qeyd - Amortizasiya xərcləri  + yanacaq xərcləri şirkət tərəfindən qarşılanır

Vəzifə funksiyaları:

Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatı müştərilərə  çatdırmaq;

Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;

Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;

Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” və qarşısında müvafiq regionu yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.  

VAKANSİYA 14

Ram Holding

İnsan resursları üzrə biznes analitik

 Son tarix 25 may 2025 - [email protected]

Namizədə olan tələblər:

Ali təhsil;

Sahə üzrə ən azı 2 il iş təcrübəsi;

Kompüter bilikləri: MS Office (Excel, Word, Visio)

Vəzifə öhdəlikləri:

Holdinqə daxil olan şirkətlərin idarəetmə struktur xəritələrini hazırlamaq və mövcud xəritələrə düzəlişlər etmək; 

Vəzifələr üzrə funksiyaların müəyyən olunmasında, tərtibində və yenidən tərtib olunmasında iştirak etmək və təkliflər vermək; 

İş analizlərini və iş dəyərləndirmələrini icra etmək, təhlil üçün məlumatları toplamaq; 

İş yükü analizlərini icra etmək;  

Metrikalarının ölçülməsi üçün məlumatları müxtəlif mənbələrdən toplamaq və emal etmək;

KPİ- lar üzrə təklifləri vermək; 

Təyin olunmuş KPİ və metrikaları mütamadi olaraq izləmək; 

Emal etdiyi məlumatları statistik, riyazi və biznes yönümlü təhlil etmək, hesabatını və qrafiklərini hazırlamaq; 

Vəzifələrin dərəcələndirilməsi və ya yenidən dəyərləndirilməsi proseslərində iştirak etmək və tövsiyələr vermək; 

Performans, Karyera, Effektivlik, Əvəzçilər, Əməkhaqqı, Bonus və s. İR sistemlərinin tərtibində iştirak etmək və bununla bağlı öhdəsinə düşən işləri icra etmək.

İş şərtlərimiz:

İş qrafiki: Həftə içi 5 gün;

İş saatları: 08:30-17:30;

İş yeri: Port Baku Tower.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə biznes analitik” yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 15

Green City Resort & Residence

Direktor köməkçisi

 Son tarix 25 may 2025 - [email protected]

İş şəraiti

Həftədə bir gün istirahət

Nahar şirkət tərəfindən verilir

Servis xidməti mövcuddur

İş yeri; Şıxov

İş rejimi; Tam ştat

Əməkhaqqı- 700-1000 azn (Razılaşma əsasında)

Vəzifə öhdəlikləri:

Şirkətin  direktorunun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək, göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

Baş direktorun göstərişlərinə uyğun olaraq, şirkətin struktur bölmələrindən və icraçılarından lazım olan məlumatları toplamaq, onları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək; 

Görüş, müşavirə və yığıncaqların təşkili üçün lazımi hazırlıqları aparmaq (materialların toplanması, referat və arayışların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.).

Direktorla bərabər şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;

Direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;

Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə direktora məlumat vermək;

Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları şirkətin işçilərindən tələb etmək;

Direktor tərəfindən zəruri tövsiyələr almaq.

Tələblər:

Səlis Azərbaycan və Rus dili biliyi;

Direktor köməkçisi olaraq ən azı 1-3  il iş təcrübəsi;

Kompüter bilikləri; MS OFFİCE ( EXCELL və WORD);

Operativ və gördüyü işə cavabdehlik;

Məsuliyyətli və cevik olan namizədlər müraciət etsin 

Müraciət qaydası:

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına və ya +994 51 882 97 29 nömrəsinə CV göndərə bilərlər. Mövzu hissəsində “Direktor köməkçisi” qeyd edilməsi mütləqdir

VAKANSİYA 16

Karvan - L

Mühasib

 Son tarix 25 may 2025 - [email protected]

İş barədə məlumat:

Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar

Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

E-Qaimə fakturalarının ,gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması

Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

Gömrük və ticarət əməliyyatları

Şirkət ildə təxminən 10 dəfə idxal, 50-60 dəfə isə ixrac əməliyyatı aparır

140 nəfərlik kollektivin əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyələrinin hesablanması

Nahar və telefon şirkət tərəfində təmin edilir

Namizədə tələblər:

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Yaş: 30 – 50

Cins: Qadın

1C 8.3 və Logics proqramlarını bilməli

Maliyyə və mühasibat uçotu üzrə ali təhsil

Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,

Balans, Mənfəət – Zərər, Pul hərəkətləri haqqında hesabatlarının təqdim olunması

Mal – material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması

e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı

Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı

Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.

İş qrafiki:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Həftənin 6 günü, şənbə qısaldılmış iş günü

İstirahət bazar günü.

Ünvan: Bakı şəh. Babək pr. Süleyman Vəzirov 41

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

VAKANSİYA 17

Fortis Group

Kon sürücüsü

 Son tarix 25 may 2025 - [email protected]

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

Yaş həddi 25-55;

Müvafiq sahə üzrə sürücülük vəsiqəsi; 

Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 2 il);

Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

Müxtəlif xammal, material, ehtiyatlılıq tələb edən yüklərin yük maşınlarına yüklənilməsi;

Yük maşınlarına xammal boşaltmaq üçün rahat gediş – gəliş yolunun hazırlanması;

Yük maşınları tərəfindən daşınacaq xammalın gündəlik ehtiyatının hazırlanmasının təşkil edilməsi;

Təhkim olunan texnikanın texniki vəziyyətinə nəzarət edilməsi, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işlərin yerinə yetirilməsi;

Təhkim olunan texnikanın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirinin aparılmasının təmin edilməsi;

Təhkim olunan texnikanın yanacaqla doldurulması və qurğularının yağlanması;

İş yerində əmək kollektivi ilə münasibətdə işgüzar ünsiyyət və peşə etiketi qaydalarına riayət edilməsi;

İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;

Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Təminatlar:

Əmək haqqı: Xalis 800 (səkkiz yüz) AZN

Nahar ilə təmin edilir.

İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Kon sürücüsü” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

VAKANSİYA 18

Prime Cotton

Keyfiyyət təminatı üzrə mütəxəssis

 Son tarix 25 may 2025 - Müraciət et

Təsvir:

Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;

Bu sahədə ən azı 3 illik iş təcrübəsi;

İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017 üzrə ən azı 1 üzrə aparıcı audit;

Müstəqi qərar vermə, liderlik, işin sərbəst aparılması.

Əlavə məlumat:

Müqavilə 1 illik sosial məzuniyyətdə olan əməkdaşı əvəzetmə üçün bağlanacaq, lakin gələcəkdə yeni vakansiyalar olduğu halda daxildən həmin əməkdaş dəyərləndirilə bilər;

Əmək haqqı razılaşma əsasında; 

Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;

İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);

İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər:

Şirkətin İnteqrasiya edilmiş İdarəetmə Sisteminin tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;

IMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;

IMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;

Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;

Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;

Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;

Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;

Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;

IMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək və ya bilavasitə daxili auditlər aparmaq;

IMS-in effektivliyini qiymətləndirmək məqsədilə Rəhbərlik Təhlilini (Management Review) təşkil etmək və təhlil prosesində iştirak etmək;

Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;

Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;

Keyfiyyət və proses performansını qiymətləndirmək üçün effektiv monitorinq və ölçmə proseslərinin hazırlanması, tətbiqi və toplanmış məlumatların təhlilini təmin etmək;

Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;

Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;

Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;

Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;

Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.

Vakansiya haqqında:

Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.

VAKANSİYA 19

STDC

Şəbəkə administratoru

 Son tarix 25 may 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə)

Şəbəkə administratoru kimi minimum 3 il iş təcrübəsi

Data Center switch-lərlə bağlı bilik və təcrübə

L2/L3 şəbəkə protokolları və texnologiyaları üzrə bilik (EIGRP, OSPF, BGP, STP, VLAN, VRF və s.)

NGFW-larla iş təcrübəsi (FortiGate, Cisco Firepower, Palo Alto)

İP telefoniya üzrə bilik və təcrübə (3CX, CUCM, VoIP texnologiyaları)

IPSec / VPN texnologiyaları üzrə bilik (site-to-site VPN, remote access VPN)

Müxtəlif avadanlıqlarla iş təcrübəsi (HPE, Aruba, Huawei Network, Hikvision, Cisco)

Wireless şəbəkələri üzrə bilik və təcrübə

Şəbəkə texnologiyaları və protokolları üzrə geniş bilik (Ethernet, Wireless, QoS, STP, EtherChannel, FHRP, IPSec, GRE, IPS/IDS, VPN, TCP/IP, DHCP və s.)

Təhlükəsiz şəbəkə girişinin idarə olunması üzrə bilik (TACACS, RADIUS, ISE, 802.1X)

Monitoring proqramları üzrə təcrübə (PRTG, Zabbix və s.)

Şəbəkə nasazlıqlarının aradan qaldırılması və qəza hallarında operativ bərpa bacarığı

CCNA və ya ona bərabər beynəlxalq sertifikatlar (CCNP üstünlükdür)

Məsuliyyətli, analitik düşüncə qabiliyyətinə malik, həm fərdi, həm də komanda ilə işləmə bacarığı

Tələblər:

Korporativ şəbəkə infrastrukturunun idarə olunması

Şəbəkə avadanlıqlarının konfiqurasiyası və sazlanması

Şəbəkə avadanlıqlarının monitorinqi və nəzarəti

Şəbəkədə yaranan nasazlıqların aradan qaldırılması və diaqnostikası

Texniki dəstəyin göstərilməsi və problemlərin həlli

Yeni avadanlıqların quraşdırılması və sazlanması

Konfiqurasiya və edilən dəyişikliklərin sənədləşdirilməsi

İş haqqında:

İş saatları: 9:00-dan 18:00-dək. Şənbə,bazar istirahət günləridir. 

Əmək haqqı: 1700 AZN

Bakı və Sumqayıtdan servis avtobus mövcüddur

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

VAKANSİYA 20

Fenstar MMC

Alüminium Qapı-Pəncərə Ustası

 Son tarix 25 may 2025 - [email protected]

İş şəraiti:

Əmək şəraiti: Tam ştat / Həftədə 6 iş günü

Əmək haqqı: razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

Alüminium profillərdən qapı və pəncərə sistemlərinin hazırlanması və montajı

Ölçü götürülməsi, kəsim, yığım və aksesuar montajı proseslərini yerinə yetirmək

Verilən çertyoj və sifarişlərə uyğun dəqiq işin görülməsi

İş sahəsinin təmiz və səliqəli saxlanılması

Avadanlıqlardan düzgün istifadə və təhlükəsizlik qaydalarına riayət etmək

Tələblər:

Alüminium qapı-pəncərə sahəsində minimum 2 il iş təcrübəsi

Profil sistemləri (Alutech, Reynaers, Schüco və s.) haqqında məlumatlı olmaq

Əl alətləri və montaj avadanlıqları ilə işləmə bacarığı

Texniki çertyojları oxumaq bacarığı

Dəqiq, məsuliyyətli və komandada işləmə bacarığı

Üstünlük veriləcək:

Obrazlı, səliqəli iş vərdişləri

Eyni sahədə montaj təcrübəsi

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

VAKANSİYA 21

Avant Group

Baş Direktor köməkçisi

 Son tarix 25 may 2025- [email protected]

Vəzifə funksiyaları:

Rəhbərin inzibati idarəetmə fəaliyyəti istiqamətində məktub,sorğu və digər sənədləri tərtib etmək

Rəhbərin göstərişi ilə təyin olunan vaxta və yerdə iclasın keçirilməsini təmin etmək

İşgüzar yazışmaların və danışıqların aparılması.

Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsini təmin etmək

Telefon zənglərinin cavablandırılması, məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara yönləndirilməsi

İşçi və direktor arasında işlərin kurasiya edilməsi. 

Fayllar və sənədlərin effektiv təhvil verilməsini təmin etmək.

Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;

Vəzifəyə olan tələblər: 

Təhsil: Ali  (İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə arzuolunandır).

İş Təcrübəsi: Direktor köməkçisi, layihə koordinatoru və ya oxşar mövqelərdə minimum 2-3 illik təcrübə

Kompüter bilikləri: Microsoft Office proqramları

Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunan)

Komanda ilə işləmək bacarığı

Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş Şəraiti:

İş qrafiki: 5/2, 09:30-18:30

Nahar şirkət tərəfindən təmin olunur

İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C

Əmək Haqqı: 800 -1200 AZN net

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Direktor köməkçisi” yazaraq Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.

VAKANSİYA 22

Azerbaijan Energy Regulatory Agency

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri

 Son tarix 26 may 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır;

Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir;

Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir; 

Müvafiq sahənin səmərəli fəaliyyətini və istehlakçılara aşağı tariflə (qiymətlə) yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləyir;

Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; 

Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir; 

Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;

Enerji sahəsində iqtisadi, tarif və statistika siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirilməsi ilə bağlı tədbirlər görür;

Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir;

Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;

Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;

Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir.

Tələblər:

“İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi;

Yaş həddi 25-40 aralığı;

Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;

Azərbaycan dilini səlis, ingilis dili  yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;

Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;

Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik olmalıdır;

İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır 

ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır 

Digər:

Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.

İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) Müraciət Et butonunda qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri) qeyd edin.

VAKANSİYA 23

Company

Targetoloq

 Son tarix 25 may 2025 - [email protected]

İş şəraiti:

İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir;

İş vaxtı: 6 tam iş günü;

Maaş: 1500 – 2000 AZN (namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq).

Namizəddən gözlənilən tələblər:

Təcrübə:

Minimum 5 illik təcrübə — sosial media platformalarında hədəflənmiş reklamların qurulması və idarəsi sahəsində (Facebook, Instagram,TikTok, Linkedln, Google Ads və digər platformalar);

Rəhbərlik təcrübəsi üstünlük sayılır.

Bilik və bacarıqlar:

Sosial şəbəkələrdə reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin izlənməsi;

Reklam performanslarının təhlili və onların effektivliyinin artırılması üçün strategiya qurmaq bacarığı;

Google Analytics, Yandex.Metrika kimi analitik alətlərlə peşəkar səviyyədə işləmə qabiliyyəti;

Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;

Rəqəmsal reklam planlaşdırmasında analitik və strateji yanaşma;

Dəqiqlik, məsuliyyət və müəyyən olunmuş vaxt çərçivəsinə riayət etmə;

Komanda ilə səmərəli ünsiyyət və əməkdaşlıq bacarığı.

Əsas vəzifə funksiyaları:

Reklam kampaniyalarının təşkili və idarəsi:

Facebook, Instagram, TikTok, Linkedln, Google Ads və s. platformalarda reklam strategiyalarının hazırlanması və tətbiqi;

Auditoriya analizi əsasında reklamların qurulması, test edilməsi və optimallaşdırılması;

Gündəlik və aylıq performans izləmələri və nəticələrə uyğun qərarların verilməsi;

Şirkətin təqdim etdiyi məhsul və xidmətin real hədəf kütləsini düzgün müəyyən edib, sosial şəbəkələrdə targetlerinin geri dönüşlərini maksimuma çatdırmaq;

Müəyyən olunan hədəf kütləsinin maksimum marağını cəlb etmək üçün kontentlərin yaradılmasında iştirak etmək;

Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads, Remarketing Tools.

Analitik işlər və optimallaşdırma:

Reklam büdcəsinin səmərəli istifadəsi və yüksək ROI üçün optimallaşdırma işlərinin icrası;

A/B testləri, hədəf qruplarının bölünməsi və digər metodlarla effektivliyin artırılması.

Hesabatların hazırlanması:

Həyata keçirilmiş kampaniyaların nəticələri əsasında aylıq, rüblük və layihəyə əsaslanan hesabatların hazırlanması;

Toplanan məlumatlar əsasında strateji təkliflərin verilməsi və təqdimatların hazırlanması,trendlərin izlənilib, işlənməsini təmin etmək.

Müraciət qaydası:

Əgər yuxarıda göstərilən kriteriyalara uyğun olduğunu düşünürsənsə, zəhmət olmasa CV və varsa portfolionu / keçmiş layihələrin nümunələrini “Targetoloq” başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndər.

Qeyd:

Yalnız tələblərə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. CV-ni strukturlaşdırılmış və portfolionla birlikdə təqdim etməyin tövsiyə olunur.

VAKANSİYA 24

Bright Finance

Əməliyyatçı Mühasib

 Son tarix 26 may 2025 - [email protected]

İş şəraiti

İş vaxtı  09:00-18:00 

Əmək haqqı: 500-600 AZN

İş barədə məlumat

Elektron-qaimə fakturalarla işləmə bacarığı

Elektron hökümət portalları ilə işləmə bacarığı

Bank hesablarının onlayn açılması

İnternet bankinglə işləmə bacarığı

Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi

ƏDV ödənişlərinin həyata keçirilməsi

Əmək haqqının hesablanması

Müqavilələrin hazırlanması

Dövlət orqanlarına hesabatların təqdim edilməsi

Müştərilərlə rahat ünsiyyətin qurulması, üzləşmələrin aparılması

Müştəri ilə meydana çıxan problemləri həll etmək

Namizədə tələblər:

Yaş - 20-30

Təhsili - Ali 

İş təcrübəsi 1 ildən  - 3 ilə qədər

Məsuliyyətli və təşəbbüskar olmalı

Diqqətli və punktual olmalı

Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili arzu olunandır)

MS Office programlarını bilməli ( 1C proqramını bilənlərə üstünlük veriləcək)

Aidiyyatı olmayan şəxslər müraciət etməsinlər.

Maraqlanan namizədlər mövzu yerində “Əməliyyatçı mühasib” yazmaqla öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində vəzifə yazılmayan məktublara baxılmayacaq. Tələblərə cavab verilməyən (xüsusilə təcrübəsi olmayan) şəxslər müsahibəyə dəvət olunmayacaqlar.

VAKANSİYA 25

Şahnar

Pərakəndə Satış təmsilçisi

 Son tarix 25 may 2025 - Müraciət et

Qaynaq və Xırdavat Sektoru – Səyyar Satıcı

Bizim komandamıza aktiv, motivasiyalı və nəticəyönümlü səyyar satış təmsilçisi lazımdır!

İşin Təsviri:

Müxtəlif satış nöqtələrini səyyar şəkildə ziyarət etmək

Qaynaq və xırdavat məhsullarının pərakəndə satışını həyata keçirmək

Müştəri bazasını genişləndirmək və münasibətləri gücləndirmək

Hədəf satış planlarını yerinə yetirmək

Rəhbərliyə satış hesabatlarının təqdim olunması

İş saatı: 8.00-dan 17.00-dək

İstirahət günü: bazar günü

Tələblər:

Satış sahəsində minimum 1 il təcrübə (tərcih olunur)

Aktiv, ünsiyyətcil və müştəri yönümlü yanaşma

Sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi (üstünlükdür)

Yalnız Bəy namizədlərə üstünlük verilir

Yaş həddi: 25-40;

Təklif Edirik:

Sabit əmək haqqı + yüksək satış bonusları

Motivasiyaedici mühit və böyüyən şirkət daxilində inkişaf imkanı

Satış hədəflərinə uyğun əlavə mükafatlandırma sistemi

İş səyyar xarakter daşıyır – müxtəlif bölgələrdə fəaliyyət olacaq.

Qeyd: Bu sahələr üçün anket formasını doldurub Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).Fed)

Share on Facebook