Bu gün, 22 mart 2025-cü il, şənbə günü Urmiyədə kürd terror qruplaşmalarının tərəfdarlarının siyasi mitinqinə cavab olaraq keçirilən nümayişdə türk qadınları fəal iştirak ediblər.
Urmu küçələrində kişilərlə yanaşı görünən türk qadınlar “Azərbaycan var olsun istəmiyən kor olsun”, “Azərbaycan Yurdumuz, Urmiya Boz qurdumuz”, “Başqaları yalandır, Urmu Azərbaycandır”, “Azərbaycan oyaqdır, Kürdlər bizə qonaqdır” kimi şüarlar səsləndiriblər.
Bəzi urmulu qadınların əllərində “Urmunun türk kimliyi müzakirə oluna bilməz” yazılmış plakatlar olub.