Keçmiş alman kolonistlərinin varisləri baba yurdları Şəmkiri ziyarət edib

Şəmkir(Annenfeld) və Çinarlıda( Georgsfeld) yaşamış almanların nəvələrindən bir qrup babalarının yaşadığı Şəmkir şəhəri və Çinarlı qəsəbəsini ziyarət ediblər.

Onlar Şəmkir və Çinarlıda babalarından miras qalmış bir sıra məkanlara baş çəkiblər. Səfəri təşkil edən Almaniyada fəaliyyət göstərən "Avrokavkaziya" cəmiyyətinin sədr müavini soydaşımız Dr.Rasim Mirzəyevdir. Onlara ümumi olaraq “Brücke” Azərbaycan-Almaniya mədəniyyət mərkəzinin rəhbəri, tədqiqatçı Ruslan Quliyev və Çinarlı qəsəbəsində isə Georgsfeld Mədəniyyət Klubunun nümayəndəsi Ceyhun Nəbi bələdçilik ediblər.

Çinarlı qəsəbəsində babaları yaşamış Violetta Ayxholts xanım babaları Österir Emil və Kühfun Yakobun evini taparaq ziyarət etmişdir. 

Sözcü.az

3a1022dfa5fe1d2e0d897c49d41485ed.jpg

61d667ac04ccec32e7cb462959810479.jpg

c3d4b3f9dfa33e549f8f01a9479902e8.jpg

Share on Facebook