Başkənd uğrunda savaş (1992 avqust) - Dilqəm Əliyev yazır( 3-cü hissə)

Başkəndin Erməni-Daşnak quldurlarından təmizlənməsi əməliyyatına 861 saylı hərbi hissənin komandiri polkovnik leytenant Cahangir Rüstəmov rəhbərlik edirdi... Amma əvvəl yazdığım hadisələrin xronikasını bitirməliyəm. 

 -- 03--05 avqust 1-ci batalyonun QR kapitan İlham Əliyev öz yoldaşları ilə hər gecə səhərə kimi Başkəndin bütün giriş-çıxış yollarını,düşmən qüvvəsini,texnikasını və s. dəqiqləşdirdi.

 -- Əvvəlcədən verilən tapşırığa görə Daşkəsəndən gələn rota taxıllıq istiqamətindən Başkəndə doğru hərəkət etməli idi. Onların bir neçəsinin adını yazıram: baş leytenent Abbasov Elçin, Bagiri Manuçohr, Bagiri Arif, leytenant Qeysər Əliyev...

 -- Tovuzun Göyəbaxan kəndi istiqamətindən və Novosaratovkadan Başkəndə hücum edəsi qüvvələrin komandir və zabit heyətinin bir neçəsinin adını qeyd edirəm: kapitan İlham Əliyev - 1-ci batalyonun QR, leytenant Qalib Hüseynov - rota komandiri, Gizir Oruc Mahmudov - rota komandiri, leytenant Əliyar Novruzov - rota komandiri...

 Yəni Başkəndə 3(üç) istiqamətdən eyni zamanda hücum olmalı idi. Əlbəttə ki,düşmən bunun qarşısında duruş gətirə bilməzdi. Lakin yaralı yerimiz Mutudərə idi. Belə ki,əvvəl qeyd etdiyim kimi,o ərazi düşmən tərəfdən işğal edilmişdi. Əlavə olaraq onu da qeyd edirəm ki, ermənilərə RUS - lar çox yaxından və hərtərəfli kömək edirdilər. Faktiki olaraq Mutudərəyə RUS tankları,PDM-ləri, hərbçiləri böyürlərində də bir neçə qəhraman Aşot hücum etmişdilər...

  Mutudərə döyüşçülərindən Çingiz Məmmədov,polis Asif, Mutudərəli topçu Rasim və daha bir neçə nəfər döyüşü davam etdirmək istəsələr də düşmən say və texnika sarıdan üstün olduğuna görə geri çəkilməyə məcbur olurlar. Leytenant Məzahir Rüstəmov da məhz yaralanaraq düşmən əlinə keçir... 

 06.08.1992-ci il axşam saat 21--22.00 radələrində HH komandiri polkovnik leytenant Cahangir Rüstəmov, mən, qardaşım kapitan İlham Əliyev və əsas qüvvələrimiz Tovuzun Göyəbaxan kəndində idik. Ermənilərin yandırdığı Mutudərədəki evlərin külünü,iyini Göyçə gölündən əsən külək bizə çatdırırdı. Gecənin qaranlığı qırmızı rəngə boyanmışdı.Bu zaman Mutuərəni qoruyası olan OMON-lar vay şivənlə gəldilər.Təxminən 20 ( iyirmi) nəfər olardılar. Onların bu hərəkətləri əsgərər arasında az qala xaos yaradacaqdı. Belə ki,biri ağlayır,biri qışqırır,biri kimləri isə günahkar sayır...daha nə... Onların iradından sonra Cahangir Rüstəmov,İlham Əliyev və OMON-larla birgə vəziyyəti yoxlamaq üçün Mutudərəyə getdilər. Mən isə Göyəbaxanda komandir əvəzi qaldım. 07.08.1992-ci il səhərə yaxın komandir və İlham OMON-larsız gəldilər. Mən OMON-ları soruşanda -Əşi Mutudərəyə çatanda hamısı dağılışdı--cavabını aldım. Sonra Cahangir Rüstəmov məni yanına çağırdı:

 -- Dilqəm iki ədəd PDM götür və Mutudərəyə get. Nə edirsən et, necə edirsən elə. Amma Mutudərə bizdə olmalıdır. 

 --Oldu komandir. Amma mən heç vaxtı orada olmamışam,xəritə verə bilərsinizmi?

 -- Xəritə neyləyirsən,mən sənə Abbasov Zülfüqarı verirəm,o sənə yolu göstərər. Deyərək Zülfüqarı çağırdı və tapşırığnı verdi.

 Mən 2(iki)ədəd PDM-1-lə Mutudərəyə yola düşdüm. Mənim hərəkət etdiyim PDM-in sürücü mexaniki 56 yaşlı könüllü Hacıyev Hidayət, digər PDM-də isə sürücü mexanik Alıyev Alxan idi. Əlavə olaraq bizə sıravi könüllü Xasməmmədov Fazil də qoşuldu. Zülfüqar bizi iç yollarla Mutudərə istiqamətinə aparırdı. Yolda Mutudərə və ətraf kəndlərdən çoxlu sayda mülkü əhalidən qaçanları gördüm. Bu çox dəhşətli mənzərə idi. Başıaçıq,ayaqlyalın insanların ayaqlarını daşlar çapmış,qanları axırdı. Azyaşlı uşaqlar ağlaya - ağlaya valideynlərinin əlindən tutub gedirdilər. Acığımdan gözümdən yaş axırdı... Yolda çayın qırağında K-16 tipli,Leytenant Şmidt zavodunda hazırlanmış QRAD qurğusu ilə hərəkət edən topçu İsgəndərlə rastlaşdıq. Hara getdiyini soruşdu və Mutudərəyə gedirəm cavabını eşitdim. Bu yaxşı xəbər idi. Belə ki, QRAD qurğusunun xeyirdən başqa ziyanı yox idi. Bir az da getdikdən sonra nizam-intizamsız, pərakəndə halda hərəkət edən, sayı 15-20 nəfərə çatan bir dəstəni gördüm. Kim olduqlarını soruşdum və biz Boz Qurdlarıq cavabını eşitdim. Hara getdiklərini soruşdum,onlar da Mutudərəyə gedirik dedilər. Yolda İsalı kəndinin içində bir qadın mənim PDM-imin qabağını kəsdi:

 -- Ay qadan alım tankını saxla.

 -- Nə olub ay xala?

 -- Qadan alım əlindəki tüfəngin birini denən mənə versinlər.

 -- Ay xala bu tüfəng deyil,avtomatdır. Neyniyirsən bunu.

 -- Mən də siznən döyüşmək istəyirəm.

 -- Olmaz ay xala,olmaz. Sən nə danışırsan?

 -- Niyə (əsgərləri göstərərək) onlara olar,mənə olmaz?

 -- Dedim olmaz da. Qurtardı.

 -- Onda qulaq as... 

   Həmin qadın ermənilərin harada nələri olduğunu mənə öz bildiyi kimi başa saldı. 

 -- Bax mindiyin tankdan balacası orada var,o da bunun kimi seplidir(tırtıllıdır) deməli BMD - dir (DDM). Bundan böyüyü var,zırıltıdır (deməli tankdır). Ər-Dağının başında uzun,lap uzun lüləli top var( deməli təxminən KS-19 ola bilər( Gədəbəy batalyonunun orada KS-19 markalı topu var idi,amma indi ora ermənilərin əlində idi), və s... Mən Mutudərəyə çatmamış orada bizi nələrin gözlədiyini təxmin etdim... Artıq kəndə yaxınlaşdıq və uzaqdan Ər-dağına bir necə qəlpəli mərmi atdım. Mərmiləri şahmatvari qaydada atdığımdam Ər-Dağında olan topun yanındakı mərmilər partladı. Əla,deməli düşmənin qorxun silahlarından biri azaldı...

 ARDI VAR...

Dilqəm Əliyev 

Share on Facebook