BAKININ AZAD EDİLMƏSİNİN 105-Cİ İLİ
Bakının azad edilməsi yolunda şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərini və bu ordunun tərkibində döyüşlərə qatılaraq şəhid olmuş Azərbaycan əsgərlərini sayğı ilə anırıq !
105 il öncə onların ortaya qoyduğu döyüş rəşadəti varlığımızın əsası oldu.
Yoxdan dövlət quranların, bayraq ucaldanların imzasını onlar öz qanları ilə təsdiq etdilər. Bəli biz müstəqil yaşamağa, istiqlaliyyətə layiqik.
Dövlət olaraq var olduğumuzu, lazım gəldikdə onun uğrunda son damla qanımıza qədər döyüşməyi, şərəfli və ləyaqətli bir yaşama layiq olduğumuzu təsdiq etmiş o mübarək şəhidlərə, döyüşçülərə, onların komandalarına o qədər minnətdarıq ki, Azərbaycan insanı özünün var olduğunu hiss etdikcə onlar yaddaşımızda baki qalacaqlar !
Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi