Tramp İstanbula nümayəndə göndərməyəcək

ABŞ öz nümayəndə heyətini Ukrayna və Rusiya arasında İstanbulda keçiriləcək danışıqların ikinci raunduna göndərməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp son günlər köməkçiləri ilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etsə də, qərar qəbul etmək üçün danışıqların ikinci raundunun nəticələrini gözləmək istəyir:

“O, eyni zamanda, nümayəndə heyəti göndərmək istəmir, əksinə, irəliləyiş görmək istəyir. Prezident irəliləyişin olmamasından məyus olsa da, anlaşma istəyir. O, ən yaxşı həll yolunu tapmağa çalışır”.

Share on Facebook