Starmer Trampa elə plan təqdim edəcək ki... - KİV

Böyük Britaniyanın Baş naziri Keyr Starmer fevralın 27-də ABŞ Prezidenti Donald Trampa Britaniya və Fransa sülhməramlılarının Ukraynada yerləşdirilməsi planının layihəsini təqdim edə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Starmer Vaşinqtonda Trampla görüşdə sülhməramlıların göndərilməsi məsələsini qaldıracaq, lakin ABŞ-dan kömək istənilməyəcək.

Qeyd edək ki, Fransa lideri Makronun 24 fevralda, Britaniya Baş naziri Starmerin isə 27 fevralda ABŞ-da Trampla görüşü gözlənilir.

Share on Facebook