Şəhərin mərkəzində qorxudan elan: Adam döymə, yaralama, qaçırma qiymətləri...

İstanbulda son zamanlar internet üzərindən kirayə qatillərin elanları artıb. Tetikçilər, ev və avtomobil elanları kimi açıq şəkildə xidmətlərini təklif edir, insan həyatı üzərindən qiymət razılaşmaları aparırlar. Hətta bəzi Telegram qruplarında endirim kampaniyaları belə təklif olunur.

Sozcu.az xəbər verir ki, “Haber Global” komandası bu elanlara müraciət edərək, "Bir kişi tərəfindən təhdid olunuram, onun ölməsini istəyirəm, qiymət nə qədərdir?" sualını yönəldib. Aldıqları cavablar şokedici olub:

Bədən bölgələrinə görə qiymətlər: bel altı 200 min TL, bel üstü 400 min TL, tam infaz 3 milyon TL.

Mağazaya hücum: 30-50 min TL.

Girov üçün adam qaçırma: 400 min TL-dən başlayır.

Yaralama və ya döymə: 50 min TL.

Onlar hədəfin məlumatlarını tələb edir və planlarını belə izah edirlər: "Maşın nömrəsini ver, GPS yerləşdirəcəyik, mübahisə görüntüsü yaradıb, gizlənərək işi bitirəcəyik." Hətta "Yaralı istərsən?" sualına "Ölür, narahat olma" kimi soyuqqanlı cavablar verirlər. Həbs riski ilə bağlı isə "Bizdən heç kimə bir şey olmaz" deyirlər.

Bu cür elanlar və fəaliyyətlər, internetin təhlükəli tərəfini və hüquq-mühafizə orqanlarının bu sahədəki çətinliklərini bir daha gündəmə gətirir. İnsan həyatının bu qədər ucuz qiymətlərlə alınıb-satılması cəmiyyət üçün ciddi bir təhdiddir.yenisabah)

Share on Facebook