Məmurlar nə üçün məsuliyyətsizlik edir? Səhlənkarlıq onlarda hardan qaynaqlanır?

Birbaşa mətləbə keçəcəyəm. Son illər sosial şəbəkələrdə, Yutubda, eləcə də bəzi internet resurslarında paytaxt Bakıdakı bir çox problemlərin əks olunduğu videolarla qarşılaşıram. 

Təəssüflər olsun ki, həmin videolarda çox utancverici və biabırçı mənzərələri görürük.

Yeri gəlmşkən qeyd edim ki, paytaxt Bakıda ötən ilin oktyabrında yağan yağışda Sabunçu tunelində 2 nəfər gənc insan həyatını faciəli surətdə itirmişdi.

Həmin problemli tunellə bağlı çoxlu sayda videolar çəkilib və jurnalistlər tərəfindən  tənqidi yazılar da yazılıb. O videolara baxanda məlum olur ki, həmin tuneldəki problemlər öz həlli yollarını tapmaqda çətinlik çəkir.

Eləcə də də paytaxtın bir çox yerlərində yağış suyunu kanalizasiyaya yönəltmək üçün drenaj xətləri yoxdur. Bu baxımdan da yağış yağanda Bakının yolları keçilməz günə düşür. Təbii ki, nəticədə isə Bakı əhalisi çox böyük əzab-əziyyət çəkir. 

Sual yaranır ki, yüksək vəzifəli şəxslər, məmurlar Bakıda yaranmış problemlərdən əhalinin dözülməz, məşəqqətli vəziyyətə düşdüyünü, çətinliklə üz-üzə qaldığını görmür yəni?

Digər bir ciddi məsələyə də toxunmaq istəyirəm. Bakıda, həmçinin Bakıətrafı qəsəbə və kəndlərin bəzilərində məişət tullantılarının yığılması üçün zibil qutuları yoxdur. Eləcə də bir çox küçələr yaxşı süpürülmür, təmizlənmir və bunun da nəticəsində antisanitar vəziyyət yaranır.

Görən paytaxt Bakıda yaranmış problemləri aidiyyatı qurumlar vaxtında niyə həll edə bilmirlər? Səbəb nədir ki? 

Şair-jurnalist kimi mənə çox maraqlıdır ki, ümumiyyətlə bu ölkənin məsuliyyətsiz, səhlənkar məmurları nə işlə məşğul olur görəsən, bilən varmı?

Çünki Azərbaycan adlı məmləkətdə bir çox sahələrdə o qədər problem var ki, bilmirsən hansı birindən söz açasan?

Bu yerdə Bak Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına sual ünvanlayıram.

Cənab Eldar Əzizov, paytaxt Bakıdakı problemləri yəni görmürsünüzmü? Əgər paytaxtımızdakı problemləri cavabdeh şəxs olaraq görmürsünüzsə, niyə və hansı səbəblər baxımından görə bilmirsiniz?

Paytaxt Bakının bir çox problemləri nə üçün vaxtında həll olunmur?

Onu da vurğulayım ki, hətta Bakının bəzi problemləri aylarla, çox vaxt isə illərlə öz həllini tapa bilmir. 

Bütün bunlara səbəb nədir? Bu səbəblər hardan qaynaqlanır axı?

Necə düşünürsünüz, sizcə bu, məmur məsuliyyətsizliyindən irəli gəlirmi?

Yoxsa bəzi məmurlar öz işinə bilərəkdən səhlənkar yanaşır?

Hörmətli Eldar Əzizov, jurnalist kimi xahiş edirəm ki, sizə ünvanladığım bu sualları cavablandırasınız?

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook